“Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”
Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.