Müdafiə Nazirliyi məlumat yayıb

Xəbərlər

09.06.2023 - 22:53

Nazirlik: "Ordumuzun bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır"

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə AYNA-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.

Müəllif: Ayna.az