Müdafiə Nazirliyi İranın Türkiyəyə raket hücumu ilə bağlı bəyanat yayıb

Xəbərlər

09.03.2026 - 18:34

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Respublikasının ərazisinə qarşı raket hücumu ilə bağlı bəyanat yayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik. Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.

Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.

Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş