Müdafiə Nazirliyi ermənilərin yaydığı xəbərləri təkzib etdi

Siyasət

13.09.2022 - 09:30

Müdafiə Nazirliyi daha bir məlumat yayıb

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır".

AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan açıqlamada bildirilib.

"Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır", - məlumatda əlavə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş