Mübariz Mənsimovun barəsində məhkəmə qərarı çıxarıldı

Xəbərlər

17.03.2020 - 10:43

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanlı iş adamı İstanbul Məhkəməsinin qərarı ilə həbs olunub

 

Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun barəsində məhkəmənin hökmü ilə həbs qərarı çıxarılıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarı İstanbul Məhkəməsi çıxarılıb.

 

M.Mənsimovla birlikdə saxlanılan, Şirkətlər Qrupunun meneceri Nuray Nurcihan Perker isə məhkəmə qərarı ilə sərbəst buraxılıb.

 

Qeyd edək ki, Mənsinmov və Nurcihan Peker martın 15-də polis tərəfindən saxlanılıb. Onların FETÖ araşdırması çərçivəsində tutulduqları bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş