MSK üç namizədə xəbərdarlıq edib

Xəbərlər

31.01.2020 - 19:25

Həkimlər Klinikalar SEO Xidməti

MSK müraciətləri araşdıraraq qeyd olunanların həqiqətə uyğun olduğu qənaətinə gəlib

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi seçki dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənova və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edilib.

 

AYNA xəbər verir ki, həmin dairədən namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış Kəmaləddin Qafarovun səlahiyyəti nümayəndəsi MSK-ya müraciət edərək bildirib ki, Kəmaləddin Qafarov seçicilərlə görüşən zaman Ülvi Həsənov və Mehman Hüseynov əvvəlcədən öyrədilmiş bir neçə nəfəri görüş yerinə gətirərək K.Qafarova qarşı kampaniya aparıblar.

 

MSK müraciəti araşdıraraq qeyd olunanların həqiqətə uyğun olduğu qənaətinə gəlib. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və Mehman Hüseynova xəbərdarlıq etmək barədə qərara gəlib. Təklif səsə qoyularaq qəbul edilib.

 

MSK-nın bugünkü iclasında, həmçinin Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırıma da  xəbərdarlıq edilib. Məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verərək bildirib ki,  buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir. Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb.

 

MSK bu fakta görə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş