Mövqelərimiz yenidən atəşə tutulub

Siyasət

14.07.2020 - 20:14

Tovuzun yaşayış məntəqələri artilleriya atəşinə tutulub

 

Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini yenidən atəşə tutub.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

 

Bu gün saat 19.30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.

Müəllif: Ayna.az