Kreml Qələbə Günü paradında hərbi texnikanın olmayacağı səbəbini açıqlayıb
“Bu il Kiyevdən gələn terrorizmin yaratdığı təhlükəni minimuma endirmək üçün görülən tədbirlər səbəbindən Moskvada keçiriləcək Qələbə Günü Paradında hərbi texnika nümayiş etdirilməyəcək”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
O döyüş meydanında hər gün mövqelərini itirən "Kiyev rejiminin" "terror fəaliyyətinə əl atdığını" bildirib.
Peskov vurğulayıb ki, buna cavab olaraq təhlükəsizlik tədbirləri artırılıb.
Kremlin sözçüsü Qələbə Günü Paradının niyə hərbi texnika olmadan keçiriləcəyi ilə bağlı suala cavab olaraq deyib: "Tterror təhlükəsi nəzərə alınmaqla, əlbəttə ki, riski minimuma endirmək üçün bütün tədbirlər görülür".
Peskov əlavə edib ki, Qırmızı Meydandakı parad kiçik formatda olsa da, keçiriləcək.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Böyük Vətən müharibəsində qələbənin 81-ci ildönümü şərəfinə keçirilən paradın təkcə hərbi texnika kolonu olmadan deyil, həm də Suvorov və Naximov hərbi məktəblərinin tələbələrinin, eləcə də kadet korpusunun iştirakı olmadan keçiriləcəyini açıqlayıb.