Moskva Arbitraj Məhkəməsi Çubaysla bağlı qərar verib

Dünya

25.04.2025 - 11:38

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəmə iş adamını “Lira”nın borclarına görə məsuliyyətə cəlb etməkdən imtina edib

Moskva Arbitraj Məhkəməsi "Rusnano" korporasiyasının keçmiş rəhbəri Anatoli Çubaysı “Lira” şirkətinin milyard dollarlıq borclarına görə məsuliyyətə cəlb etməməyə qərar verib. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunub ki, müflisləşmə üzrə müvəkkil Kirill Noqotkov məhkəməyə müvafiq ərizə ilə müraciət edib. O cavabdeh qismində “borclunun aktivlərinin benefisiarı” kimi tanınan Çubaysın, həmçinin keçmiş baş direktorlar Nikolay Sapeqin və Manvel Mkrtumyanın adını çəkib. Bununla belə, məhkəmə son nəticədə iddiaçının Çubaysın hər hansı hərəkəti ilə borclunun müflisləşməsi arasında səbəb əlaqəsini sübuta yetirə bilmədiyi qərara gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş