Qərar sərhəd təhlükəsizliyi və qaçqın axını ilə əlaqələndirilir
Moldova parlamenti ölkə hökumətinin tələbi ilə keçirdiyi iclasda fövqəladə vəziyyətin daha 60 gün uzadılması barədə qərar qəbul edib.
AYNA xarici KİV-ə xəbər verir ki, ölkənin Baş naziri Natalia Qavrylitsa deyib ki, fövqəladə vəziyyətin uzadılması zərurəti ölkənin sərhəd təhlükəsizliyi üçün davam edən risklər və Ukraynadan qaçqın axını ilə əsaslandırılır.
Onun sözlərinə görə, qonşu respublikadakı vəziyyət fonunda Moldova üçün risklər yüksəkdir, vəziyyət ağırdır.