İsrail nümayəndə heyəti Misirə yollanıb: heyətə Ron Dermer rəhbərlik edir
İsrail nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın “Qəzza planı”nı müzakirə etmək üçün Misirə yollanıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, heyətə strateji məsələlər üzrə nazir Ron Dermer rəhbərlik edir.
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail mediasında yayımlanan çıxışında bildirib ki, İsrail hökuməti ilə Tramp administrasiyası arasında koordinasiya mövcuddur. O müharibəni dayandırmaq üçün həm ölkə daxilindən, həm də xaricdən böyük təzyiqlərlə üzləşdiyini vurğulayıb.
İsrailin Baş naziri yaxın günlərdə həlak olanların nəşlərinin və bütün əsirlərin bir mərhələ çərçivəsində geri qaytarılacağına ümidini ifadə edib.
ABŞ Prezidenti Donald Trampın elçiləri Kared Kuşner və Stiv Vitkof da “Qəzza planı”nın təfərrüatlarını müzakirə etmək üçün Misirə yola düşüblər.