Mirzoyan: “Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil”

Xəbərlər

05.06.2023 - 15:04

“Biz Qarabağ əhalisindən onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq”

“Qarabağ əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı bütün məsələlər Xankəndi-Bakı dialoqu çərçivəsində qaldırılmalıdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın 2022-ci il büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

XİN başçısı bildirib ki, Ermənistan Qarabağın “statusu” ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki onun mandatı yoxdur.

“Bəli, biz Qarabağ əhalisindən onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Statusun müəyyən edilməsi məsələsində biz iddia etmirik və buna cəhd də etmirik”, - Mirzoyan bildirib.

Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız Qarabağ əhalisi ilə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir: “Bunsuz həll tamhüquqlu və uzunmüddətli ola bilməz”.

Müəllif: Ayna.az