Artıq imtahan verəcək şəxslərin elektron müraciətləri qəbul olunub
“56 min şəxsin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunacaq”. AYNA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, artıq həmin şəxslərin elektron müraciətləri qəbul olunub.
E.Bağırov deyib ki, müəyyən səbəblərdən MİQ-də iştirak üçün müraciət edən 4 000 şəxsə imtina cavabı göndərilib: “İmtahanlar 15 mərkəzdə, 7 gün ərzində keçiriləcək və hər bina sərinləşdirici vasitələrlə təmin olunub. Qapalı məkanlarda maska taxmaq tələbi də ləğv olunduğu üçün imtahanlarda namizədlərdən maska taxmaq tələb olunmayacaq”.