Mingəçevirdə yaşayış binasında yanğın olub

Xəbərlər

11.12.2022 - 01:44

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan mənzilin mətbəxində tavandan keçən elektrik kabeli 2 p.m yanıb.

"Yüksək temperaturdan lambirdən ibarət tavan 9 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlikdən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş