Mingəçevirdə iki nəfər bir-birini bıçaqlayıb

Hadisə

03.08.2024 - 09:37

Həkimlər Klinikalar SEO Xidməti

Tərəflərdən biri saxlanılıb, digəri xəstəxanaya yerləşdirilib

Mingəçevirdə iki nəfər bir-birini bıçaqlayıb. AYNA xəbər verir ki, avqustun 2-də saat 22 radələrində 40 yaşlı Fariz Səmədov aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Ceyhun Mirzəyevi bıçaqlayıb. C.Mirzəyev də F.Səmədovun bel nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə F.Səmədov saxlanılıb, digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş