Alimlər xərçəngi blok edəcək daha bir üsul kəşf ediblər

Maraqlı

06.11.2019 - 20:37

Heyvanlar üzərində təcrübə göstərib ki, bu zülalın bloklanması metastazların beyinə yayılmasına mane olur

 
Cornell Universitetinin Biotibbi Tədqiqat Mərkəzinin və Nyu-Yorkun Presbyterian Xəstəxanasının amerikalı alimləri xərçəng hüceyrələrinin beynə yayılmasına kömək edən protein xüsusiyyətlərini kəşf ediblər.


 AYNA xarici mətbuata əsasən xəbər verir ki, tədqiqatçılar CEMIP zülalının qan damarlarını və rezident immun hüceyrələrini xərçəng hüceyrələrinin beynə metastazlaşdırmasına kömək edən iltihab molekulları meydana gətirməsinə səbəb olduğunu təsbit ediblər.


Heyvanlar üzərində təcrübə göstərib ki, bu zülalın bloklanması metastazların beyinə yayılmasına mane olur.

 
Məlumatda bildirilir ki, xərçənglə əlaqəli ölümlərin əksəriyyətinin xərçəng hüceyrələrinin digər orqanlara yayılması səbəbiylə baş verdiyi qeyd olunur. Ən təhlükəli hallardan biri beynə metastazdır.

 

Alimlər CEMIP zülalına nəzarət həkimlərin xərçəng xəstəliyini müalicə etməsinə və bunun risklərini aradan qaldırmasına  kömək edə bilər, beləliklə də ölüm halları azalar.

Müəllif: Ayna.az