Milli Qurtuluş Günü münasibəti ilə Yaşıl Teatrda konsert proqramı keçirilib

Mədəniyyət

11.06.2019 - 21:25

15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində bir sıra maraqlı məqamları ilə yadda qalan möhtəşəm konsert proqramı keçirilib.

Aparıcılar Leyla Quliyeva və Tural Əsədovun idarə etdiyi bayram konsertində xalq artistləri - Alim Qasımov, Mənsum İbrahimov, Aygün Kazımova, Nəzakət Teymurova, Samir Cəfərov, Zulfiyyə Xanbabayeva, Rasim Balayev, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm” qrupu, əməkdar artistlər - Röya Ayxan, Tünzalə Ağayeva, Fərqanə Qasımova, Sevda Ələkbərzadə, o cümlədən populyar müğənnilər Zamiq Hüseynov, Elşad Xose, Sevda Yahyayeva, Günay İbrahimli, Dilarə Kazımova, Samir Cavadzadə, Elnur Hüseynov, Fidan Hüseynova, Mirələm Mirələmov çıxış edib.

Konsert proqramının sonunda Fire Land Productionun yeni ərsəyə gətirdiyi “Azərbaycan” layihəsi təqdim edilib. Nərgiz Cəlilovanın təqdimatı ilə nümayiş olanan mahnın sözləri Cəlal Qurbanova və musiqisi bəstəkar Rauf Məmmədova aid olub. Zalda əyləşən tamaşaçılar da "Azərbaycan” mahnısını birgə ifa etdilər.

Konsert anşlaqla yadda qalıb.

Müəllif: Elçin Şıxlı