Miller: “Biz sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirməmişik”

Aktual

16.10.2024 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını COP29 ilə əlaqələndirməyib”

“ABŞ Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt İqlim Dəyişikliyi Çərçivə Sazişi (COP29) Tərəfləri Konfransının 29-cu sessiyası ilə əlaqələndirməyib”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənəvi brifinqdə deyib.

“Biz bu sazişi heç vaxt COP29 ilə əlaqələndirməmişik. Bir neçə ay əvvəl biz Ermənistanla Azərbaycan arasında sülh sazişinin olmasını istəyirdik və buna təkid edirdik. Ümid edirik ki, buna nail olunacaq. Lakin bu, ABŞ-dan deyil, tərəflərdən asılıdır”, - Miller vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş