Uill Smit siyasi arenaya gələcəyini deyib
Amerikalı tanınmış aktyor və rejissor Uill Smit siyasi arenaya gələ bilər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə aktyorun özü müsahibəsində deyib.
Sənətçi yaxın gələcəkdə siyasi proseslərə qarışacağını istisna etməyib: “Mən nikbinəm və inanıram ki, insanlar arasında anlaşma və harmoniya ola bilər. Aktyorluq etməyə davam etməyimdən və ya bir anda siyasi arenaya girməyimdən asılı olmayaraq, buna mütləq töhfə verəcəyəm. Çünki harmoniya önəmlidir”.
“Siyasi fəaliyyətə nə vaxt başlayacam – dəqiq deyə bilmərəm”, Smit əlavə edib.
Bu, qara dərili ulduz siyasi ambisiyasını ilk dəfə elan etmir. Beş il əvvəl sənətçi “CBS”-dəki bir müsahibəsində ABŞ prezidentliyinə namizəd ola biləcəyini söyləmişdi. Ötən il isə aktyor ABŞ-dakı irqçilik əleyhinə etirazları dəstəkləmişdi.