NASA Marsda ilk helikopter uçuşu edəcək

Maraqlı

07.04.2021 - 14:28

Aprelin 11-dək “Ingenuity” helikopterinin Mars planetində ilk uçuş cəhdi həyata keçiriləcək

 

NASA aprelin 11-dək “Ingenuity” helikopterinin Mars planetində ilk uçuş cəhdini həyata keçirməyi planlaşdırır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə NASA-nın saytına məlumat dərc edilib.

 

Qeyd olunub ki, bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuş olacaq. Helikopterinin uçuşu NASA-nın saytında və sosial şəbəkələrdə yayımlanacaq.

 

Xatırladaq ki, fevralın 18-də helikopter marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilib. “Perseverance” uçuş zamanı ona dəstək təmin edəcək, fotoşəkillər çəkəcək, ətraf mühit barədə məlumat toplayacaq. Bununla yanaşı, helikopterlə Yerdəki missiyanın dispetçerləri arasına əlaqə saxlamağa imkan verəcək baza stansiyası quracaq.

 

NASA-nın məlumatına əsasən, mühəndislər həm “Ingenuity” helikopterinin, həm də “Perseverance” mars aparatının ərazidə yerləşməsi və uçuşöncəsi yoxlamalar üzərində çalışdıqları üçün uçuş tarixi dəyişdirilə bilər. İlk uçuş zamanı helikopter Mars planeti səthindən üç metr hündürlüyə qalxmalıdır.

 

Müəllif: Ayna.az