Məkkədə Azərbaycan məhsulları nümayiş olunub

İqtisadiyyat

28.02.2022 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

Sərgidə 8 sahibkarlıq subyektinin məhsulları təqdim edilib

Fevralın 22-26-da Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində beynəlxalq sərgi keçirilib. Bu barədə AYNA-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib. 

Qeyd olunub ki, Məkkə Ticarət Palatasının təşkilatçılığı ilə keçirilmiş sərgidə 20-dən çox ölkənin, o cümlədən Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunub. 

Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 8 sahibkarlıq subyektinin zəfəran və bal məhsulları, qurudulmuş meyvə, mürəbbə, kompot, çay, müxtəlif souslar, lavanda, kəlağayı və sair məhsulları təqdim edilib.

Həmçinin sərgidə KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş