Mehriban Əliyevadan Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım

Xəbərlər

01.06.2021 - 13:09

“Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!”

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “İnstagram” hesabında paylaşım edib.

 

AYNA-nın xəbərinə görə, paylaşımda deyilir:

 

“Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!”.

Müəllif: Ayna.az