Cavabdehlərə Kaliforniya Milli Qvardiyasını Kaliforniya qubernatorunun nəzarətinə qaytarmaq tapşırılıb
Kaliforniyanın Şimal dairəsinin hakimi ABŞ Prezidenti Donald Trampa Los-Ancelesdəki iğtişaşlarla mübarizə üçün Milli Qvardiyanın göndərilməsinə müvəqqəti qadağa qoyub. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Məhkəmə İddiaçıların müvəqqəti həbs qətimkan tədbiri ilə bağlı vəsatətini təmin edib. Cavabdehlərə müvəqqəti olaraq Kaliforniyaya Milli Qvardiya qoşunlarını Los-Ancelesə yerləşdirməyə qadağa qoyulub. Cavabdehlərə Kaliforniya Milli Qvardiyasını Kaliforniya qubernatoru Qevin Neusomun nəzarətinə qaytarmaq tapşırılıb", - elektron məhkəmə məlumat bazasında dərc edilən sənəddə qeyd edilib.
Tramp administrasiyası qərardan apellyasiya şikayəti verib.