Məhəmmədlidə avtomobildən 10 min manat oğurlanıb

Xəbərlər

26.07.2023 - 17:14

Yeniyetmə şübhəli şəxs qismində saxlanılıb

Abşeronda maşından oğurluq edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Məmmədli qəsəbəsi ərazisində “Mercedes-Benz” markalı avtomobildən 10 000 manat oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş