Mehdiabadda 35 yaşlı kişi qətlə yetirilib

Hadisə

11.06.2023 - 10:50

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə ilə bağlı cinayət işi başlanılıb

Mehdiabadda 35 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanılıb. AYNA xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğundan bildirilib.

İyunun 10-u saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Sultan Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hüseyn Qasımov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, S.Əliyevin keçmiş qayını 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş