Maya Sandu İlham Əliyevi təbrik edib

Xəbərlər

01.06.2021 - 17:55

​​​​​​Moldova Prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb

 

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

 

AYNA-nın məlumatına görə, təbrikdə deyilir:

 

"Zati-aliləri.

 

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Moldova Respublikasının xalqı adından təbrik edirəm.

 

Bu əlamətdar gündə qeyd etmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud xoş münasibətlər qarşılıqlı etimada və hörmətə əsaslanır.

 

Əminəm ki, müxtəlif sahələrdə Moldova-Azərbaycan dialoqu bundan sonra da dinamik inkişaf edəcək. Xalqlarımızın və dövlətlərimizin rifahı naminə ümumi səylərimizlə bu mühüm hədəfi reallaşdırmağa hazır olduğumuzu bir daha təsdiq etmək istəyirəm.

 

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul edin".

Müəllif: Ayna.az