Masallıda fərdi evdə yanğın olub

Hadisə

19.09.2022 - 07:16

Hadisə Qızılavar kəndində qeydə alınıb

Masallı rayonunda yaşayış evində yanğın olub. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Qızılavar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Məmmədov Namiq Nadir oğluna məxsus ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə başlanan yanğın daha sonra ikinci mərtəbəyə də keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və üç texnikası cəlb olunub. Yanğının birinci mərtəbəyə və yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb.

Müəllif: Ayna.az