Marqarita Simonyanın əri ölüb

Dünya

26.09.2025 - 16:40

Rejissor Tiqran Keosayan bir ilə yaxın komadan sonra vəfat edib

Erməni əsilli rusiyalı rejissor və teleaparıcı Tiqran Keosayan vəfat edib. AYNA.AZ xəbər verir ki, 59 yaşlı Keosayanın həyat yoldaşı, RT-nin baş redaktoru Marqarita Simonyan onun ölümünü təsdiqləyib.

“Tiqran Allahın yanında olmağa getdi. Dua edən hər kəsə təşəkkür edirəm. Xahiş edirəm indi mənə və ailəmə zəng etməyin. Hamınıza təşəkkür edirəm”, - Simonyan sosial media hesabında yazıb.

Qeyd edək ki, kinorejissor və televiziya aparıcısı dekabrın sonunda xəstəxanaya yerləşdirilib. Yanvar ayında o klinik ölüm keçirib və komaya düşüb. Simonyan ərinin uzun müddətdir ciddi ürək problemlərindən əziyyət çəkdiyini bildirib.

Qeyd edək ki, erməni Simonyan anti-Azərbaycan mövqeyi ilə tanınıb. O rəhbərlik etdiyi media orqanında hər zaman anti-Azərbaycan təbliğatı aparıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş