35 ölkədən ibarət Rəhbərlər Şurası İranın öhdəliklərini pozduğunu rəsmən bəyan edən qətnamə qəbul edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 35 ölkədən ibarət Rəhbərlər Şurası İranın nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozduğunu rəsmən bəyan edən qətnamə qəbul edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, bu, təxminən 20 ildə ilk dəfədir baş verir.
İdarə Heyəti bildirib ki, İran 2019-cu ildən bəri dəfələrlə MAQATE-yə “İranda bir çox elan edilməmiş obyektlərdə bəyan edilməmiş nüvə materialları və fəaliyyətlərlə bağlı tam və vaxtında əməkdaşlıq” ilə bağlı öhdəliklərini yerinə yetirməyib.
Bildirilib ki, bu faktlar Tehranın agentliklə bağladığı təhlükəsizlik sazişinə əməl etmədiyi qənaətinə gəlməyə əsas verib.