Makron Trampın Livanla bağlı planını dəstəklədiyib

Dünya

17.04.2026 - 13:18

"Davam edən hərbi əməliyyatlar nəticəsində bunun pozula biləcəyindən narahatlığımı bildirirəm”

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın dünən elan etdiyi İsrail və Livanın “Hizbullah” qrupu arasında atəşkəsi tam dəstəklədiyini bildirib. AYNA.AZ xəbər verir ki, Fransa lideri bu barədə sosial media platforması “X”da yazıb.

Makron yazıb ki, "Davam edən hərbi əməliyyatlar nəticəsində bunun pozula biləcəyindən narahatlığımı bildirirəm”. O Livan və İsrail arasındakı sərhədin hər iki tərəfindəki mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinə çağırıb.

Fransa lideri “Hizbullah”dan silahlarını təhvil verməsini və İsraildən Livanın suverenliyinə hörmət etməsini və müharibəyə son qoymasını tələb edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş