“ABŞ Prezidenti Ukraynada atəşkəsə nail olmaq istəyirsə, ehtiyatlı davranmalıdır”
“ABŞ Prezidenti Donald Tramp Ukraynada atəşkəsə nail olmaq istəyirsə, ehtiyatlı davranmalıdır”. AYNA.AZ Strana.ua-ya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Tramp, sülh istəyirsə, diqqətlə, hərtərəfli işə qarışmalıdır. Siyasət belə aparılmır", - o deyib.
Bundan əlavə, Belarus dövlətinin başçısı Rusiya lideri Vladimir Putini şəxsi görüşə çağıran Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib. Onun sözlərinə görə, Zelenski əvvəlcə Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronu dəvət edə biləcəyi görüşə hazırlaşmalıdır. Lukaşenko Ukrayna liderinin hazırlaşmaq istəmədiyi qənaətinə gəlib.