Lukaşenko Azərbaycana yola düşüb

Xəbərlər

13.04.2021 - 16:12

Prezidentin təyyarəsi Minsk Hava Limanından havaya qalxıb

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana yola düşüb. AYNA xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

 

Prezidentin təyyarəsi Minsk Hava Limanından havaya qalxıb.

 

Belarus Prezidentinin Mətbuat Xidmətinin açıqlamasına görə, Lukaşenko Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.

 

“Prezidentin Bakıya səfəri zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın müzakirəsi planlaşdırılır”, - Mətbuat Xidmətinin açıqlamasında qeyd edilib.

Müəllif: Ayna.az