Təqribən 1 hektar qamışlıq ərazi yanıb
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
FHN-dən AYNA-ya verilən məlumata görə, ilkin məlumata əsasən, təqribən 1 hektar qamışlıq ərazi yanıb.
Əlavə məlumat veriləcək.