Liviyada ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb

Dünya

08.05.2026 - 18:43

Rəhbərlik təhlükəsizlik məqsədilə neft emalı zavodunun işini tamamilə dayandırıb və yanacaq çənlərini boşaldıb

Liviyanın Zaviyə şəhərindəki ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb. Buna səbəb toqquşmalardır.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, rəhbərlik “təhlükəsizlik məqsədilə neft emalı zavodunun işini tamamilə dayandırıb və yanacaq çənlərini boşaldıb”.

Toqquşmalar nəticəsində kompleksin ərazisinə bir neçə iri çaplı mərmi düşüb, lakin istehsal gücünə təsir etməyib.

Qeyd edək ki, cümə günü səhər saatlarında neft emalı zavodunun yaxınlığında toqquşmalar baş verib. Bundan əvvəl Zaviyənin təhlükəsizlik idarəsi bölgədəki cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş