Litvanın Baş naziri Azərbaycana gələcək

Xəbərlər

08.04.2026 - 11:42

İnqa Ruginiene sabah Azərbaycana səfər edəcək

Litvanın Baş naziri İnqa Ruginiene sabah Azərbaycana rəsmi səfərə gələcək. AYNA.AZ xəbər verir ki, bu barədə Litva səfirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Litva Baş nazirinin Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə yönələcək.

Bundan əlavə, Baş nazir Azərbaycandakı Litva icmasının üzvləri ilə görüşəcək və mədəni tədbirlərdə iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş