Litva Hörmüz boğazına minatəmizləyicilər göndərə bilər

Dünya

07.05.2026 - 15:28

“Bu, həm təlim keçmiş komandalara, həm də avadanlıqlara aiddir”

Litva Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün beynəlxalq koalisiyaya minatəmizləmə mütəxəssisləri göndərə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas "Žinių Radijas" radiostansiyasının efirində bildirib.

"Bizim əhəmiyyətli minatəmizləmə imkanlarımız var. Bu, həm təlim keçmiş komandalara, həm də avadanlıqlara aiddir. Hörmüz boğazındakı əməliyyatda iştirak edərkən diqqət yetirmək niyyətində olduğumuz şey budur", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Silahlı Qüvvələr Litvanın gəmiçiliyi bərpa etmək üçün beynəlxalq koalisiyaya qoşulmaq imkanlarını ölkə rəhbərliyinə təqdim edib.

"Son qərar Dövlət Müdafiə Şurası tərəfindən veriləcək", - deyə Kaunas qeyd edib.

Prezident Gitanas Nausėda yaxın gələcəkdə iclası çağıracağına söz verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş