“Qarabağ, Laçın yolu Azərbaycanın suveren ərazisidir”
“Qarabağ, o cümlədən, Laçın yolu Azərbaycanın suveren ərazisidir”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetində Laçın yolu ilə bağlı çağırışına münasibət bildirərkən yazıb.
Səfir özünün tviter hesbaında bununla bağlı etdiyi paylaşımda, həmçini yazıb: “Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar. “Universal dəyərlər, mənəvi borc və şərəf sizdən Azərbaycanın sülh səylərini dəstəkləməyi tələb edir”.