Pilotsuz təyyarələr Kirovski rayonunda vurulub
Rusiyanın Leninqrad vilayəti üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı (PUA) vurulub.
AYNA.AZ xəbər verir ki, bu barədə “Telegram” kanalında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
O qeyd edib ki, pilotsuz təyyarələr Kirovski rayonunda vurulub.