Rusiya XİN rəhbərinin səfəri iyulun 13-dək davam edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib. AYNA.AZ TASS-a istinadən bildirir ki, nazir səfər çərçivəsində Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi ilə danışıqlar aparacaq.
Bildirilib ki, Rusiya XİN rəhbərinin səfəri iyulun 13-dək davam edəcək.
Bundan sonra o, sonra isə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xarici işlər nazirliklərinin rəhbərlərinin iclasında iştirak etmək üçün Çinə gedəcək.