Laçında yanğın olan ərazi tam nəzarətə götürülüb

Xəbərlər

17.07.2025 - 10:44

FHN yanğınla bağlı məlumat yayıb

Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın tam nəzarətə götürülüb və hazırda söndürülməsi istiqamətində tədbirlər görülür. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edək ki, dünən axşam saatlarında Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb. Partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib. Bundan sonra yanğın başlayıb. Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş