Laçında top mərmiləri aşkarlanıb

Xəbərlər

22.09.2022 - 13:29

2 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib

Laçında top mərmiləri aşkar edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində 2 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az