Laçında mühəndis işləri görən traktor atəşə tutulub - RƏSMİ

Xəbərlər

05.05.2023 - 16:34

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb", MN-dən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş