Hoçaz kəndinin ərazisində aşkar edilən 3 ədəd tank əleyhinə mina aidiyyəti üzrə təhvil verilib
Laçında üç ədəd tank əleyhinə mina aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Belə ki, Laçın rayonunun Hoçaz kəndinin ərazisində aşkar edilən 3 ədəd tank əleyhinə mina Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.