Laçında hava limanı tikintisi davam edir – VİDEO

Xəbərlər

26.06.2022 - 15:58

Laçın Aeroportu 2024-cü ildə hazır olacaq

Laçın rayonunun Qorçu kəndində inşa olunacaq beynəlxalq hava limanının tikintisinə start verilib. AYNA xəbər verir ki, bu barədə videogörüntülər Azərbaycan Televiziyasında (AzTV) yayımlanıb.

Çəkiliş aparan AzTV əməkdaşı qeyd edib ki, bu, işğaldan azad olunmuş ərazilərdə inşası nəzərdə tutulmuş üçüncü hava limanıdır: “Birinci – Füzuli Aeroportu artıq istifadəyə verilib, Zəngilan hava limanı bu ilin sentyabr ayında istifadəyə veriləcək, Laçın Aeroportu isə 2024-cü ildə hazır olacaq”.

Müəllif: Ayna.az