Kürdəmirdə qəza: 1 nəfər ölüb

Hadisə

16.09.2025 - 09:58

Hadisə nəticəsində bir nəfər xəsarət alıb

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, Naxçıvan şəhər sakini, 1997-ci il təvəllüdlü Novruz Etibar oğlu Mehdiyevin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sərnişinlər-Kürdəmir şəhər sakinləri, 1988-ci il təvəllüdlü Fuad Etibar oğlu Məmmədov ölüb, 1990-cı il təvəllüdlü Coşqun Cavid oğlu Nuriyev isə xəsarət alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş