Hadisə Sığırlı kəndi ərazisində baş verib
Kürdəmirdə yol qəzası olub, ölən var. AYNA.AZ APA-ya istinadən bildirir ki, hadisə Bakı- Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.
“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Hadisə nəticəsində sürücü ölüb.
Fakt araşdırılır.