Ruslar Şuşanın ətrafını minalardan təmizləyir

Aktual

30.11.2020 - 16:15

İstehkamçılar ümumilikdə 24 hektardan çox ərazini və səkkiz kilometrdən çox yolu təmizləyiblər

 

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasını minalardan təmizləyir. AYNA rus mediasına istinadən bildirir ki,  Müdafiə Nazirliyi Şuşa ətrafında təxminən üç kilometr uzunluğundakı hissənin istehkamçılar tərəfindən təmizlənməsinin görüntülərini yayıb.

 

Məlumatda qeyd edilib ki, son 24 saat ərzində 100-dən çox mina və partlamamış döyüş başlığı tapılıb.

 

Ümumilikdə isə Qarabağda həyata keçirilən sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 24 hektardan çox ərazini və səkkiz kilometrdən çox yolu təmizləyib. 750-dən çox partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.

Müəllif: Ayna.az