Kreml Ukraynada atəşkəsin şərtini açıqlayıb

Dünya

13.05.2026 - 22:03

“Atəşkəs və tamformatlı sülh danışıqlarına keçid Ukrayna qoşunlarının Donbass ərazisindən çıxarılmasından sonra mümkündür”

“Ukraynada atəşkəsin elan olunması və tamformatlı sülh danışıqlarına keçid yalnız Ukrayna qoşunlarının Donbass ərazisindən çıxarılmasından sonra mümkündür”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml rəsmisinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu mövqeni hələ 2024-cü ilin iyununda Rusiya Xarici İşlər Nazirliyinin rəhbər heyəti qarşısında çıxışı zamanı səsləndirib.

“Atəşkəsə nail olmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə döyüş əməliyyatlarını dayandırmaq, Donbass ərazisini və “Rusiyanın regionlarını” tərk etmək barədə əmr verməlidir. Həmin an atəşkəs qüvvəyə minəcək və tərəflər sakit şəkildə danışıqlarla məşğul ola biləcəklər”, – deyə Peskov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş