Koronavirusla bu xəstəliyi səhv salmaq olmaz

Maraqlı

10.03.2020 - 16:10

Denge qızdırması diaqnozu qoyulan xəstələr müalicə olunsalar da, müalicə effekt verməyib

 

Koronavirusla bağlı daha bir yeni məlumat yayılıb. AYNA xarici mətbuata əsasən xəbər verir ki, Sinqapur həkimlərinin son araşdırmasına görə, koronavirus bəzi şəxslərdə qızdırma ilə bərabər dəridə səpkilər, qaşınmalarla başlayır.

 

Bir neçə xəstə tarixçəsindən belə nəticəyə gəlmək olur ki, əvvəlcə Denge qızdırması diaqnozu qoyulan xəstələr müalicə olunsalar da, müalicə effekt verməyib. Sonradan isə onlarda koronavirus faktı təsdiqlənib. Qızdırma və bədəndə kəskin qaşıntı olanlarda sonradan virus şübhəsinin yaranması həmin xəstələrdə nəfəs darlığından irəli gəlib. Bu səbəbdən həkimlərin bu məqamı da bilməsi vacibdir.

 

Məlumat üçün deyək ki, Denge infeksiyası dünyanın tropik və subtropik regionlarında yayılmış həşəratlar olan, "Aedes" cinsinə mənsub ağcaqanadlar tərəfindən ötürülən ciddi infeksiyasıdır.

Müəllif: Ayna.az