Koronavirusun qanla yoluxub-yoluxmadığına aydınlıq gətirilib

Maraqlı

08.04.2020 - 11:12

TƏBİB: Hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib

 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) koronavirusun (COVID-19) qanla yoluxub-yoluxmadığı məsələsinə aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən AYNA-ya bildirilib ki, koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur.

 

“Dünyada koronavirus da daxil olmaqla, hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib. Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib. Qan bankında ən son tövsiyələrə diqqət yetirilərək qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir”, - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az